Rati İonatamişvili - "Milli Hərəkat"da ciddi böhran yaşanır, böhran bu partiyanın səciyyələndiyi anti-dövlət, anti-sistem və anti-Avropa əməlləri ilə şərtlənib
Parlament əksəriyyətinin üzvü Rati İonatamişvili, “Milli Hərəkat”da çox dərin və ciddi böhranın yaşandığının fakt olduğunu bildirib.
İonatamişvili bunun təbii olduğunu bildirib, çünki bu “Milli Hərəkat”ın səciyyələndiyi anti-dövlət, anti-sistem və anti-Avropa əməlləri ilə şərtlənib”.
“Onlar bir tək “Gürcü Arzusu”na deyil, eləcə də gürcü dövlətinin və Avropa maraqlarına qarşı çıxmağa çalışırlar, lakin sonda yalnız özlərinə və bir-birinə qarşı çıxmış olurlar. Bundan irəli gələrək, dövlət əhəmiyyətli proseslərə və məqsədlərə bu qədər məsuliyyətsiz yanaşan siyasi partiyalar məntiqi olaraq gürcü siyasi məkanından yoxa çıxacaqlar”-deyə Rati İonatamişvili Nika Meliyanın açıqlamasını şərh edərkən bildirib.
“Milli Hərəkat”ın sədri Nika Melia partiyanın tərəfdar qrupuna müraciət edib: “Mənə qarşı mübarizə aparmaqla, Mixeil Saakaşviliyə qarşı da mübarizə aparmış olursunuz, çünki mənim və Milli Hərəkatın qələbəsi ilə oliqarx məğlub olur, Saakaşvili əsirlikdən azad edilir. Mənə qarşı mübarizə aparmaqla, hətta məni məğlub etməklə belə nə ölkəni , nə də Mixeil Saakaşvilini əsirlikdən xilas edə biləcəksiniz”. O, özünü partiya tərəfdarı kimi göstərən kiçik qrupun olduğunu, lakin onların əsl məqsədinin istinadı dəyişmək olduğunu bildirib.