Rati İonatamişvili - Macarıstanın Baş nazirinin səfəri xüsusilə Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələsinə keçəcəyini gözlədiyi bir vaxtda mühüm əhəmiyyət kəsb edir
Rati İonatamişvili - Macarıstanın Baş nazirinin səfəri xüsusilə Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələsinə keçəcəyini gözlədiyi bir vaxtda mühüm əhəmiyyət kəsb edir

Macarıstanın Baş nazirinin Gürcüstana səfəri xüsusilə ölkənin Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələsinə keçəcəyini gözlədiyi bir vaxtda mühüm əhəmiyyət kəsb edir- bu barədə Gürcüstanın Birinci Kanalına parlament çoxluğunun üzvü Rati İonatamişvili məlumat verib.

Onun sözlərinə görə, Viktor Orban bu prosesin fəal tərəfdarıdır.

“Radikal müxalifətin ona qarşı əsassız tənqidləri olanda ictimaiyyətdə belə bir təəssürat yaranır ki, onlar yalnız ölkəmizin Avropaya inteqrasiyasının tərəfdarı olduğuna görə tənqid edirlər və bu, onların xoşuna gəlmir”- Rati İonatamişvili bildirib.