Rati İonatamişvili - "Gürcüstan Naminə" partiyası prezident dəyişiklikləri ilə bağlı söhbəti kurioz vəziyyətdə irəli sürür, ölkədə hakimiyyəti bölüşdürməyin ən yaxşı qaydası var
“Gürcüstan Naminə” partiyası prezident dəyişiklikləri ilə bağlı söhbəti kurioz vəziyyətdə irəli sürür, ümumiyyətlə bu partiya mövcuddursa-bu haqda parlament çoxluğunun üzvü Rati İonatamişvili açıqlayıb.
İonatamişvili “Gürcüstan Naminə” partiyasının prezidentin seçilməsi proseduru ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi və Gürcüstanın gələcək prezidentinin seçki kollegiyası əvəzinə Gürcüstan vətəndaşları tərəfindən birbaşa seçilməsi təşəbbüsünü şərh edib.
Rati İonatamişvili bildirib ki, ölkədə hakimiyyətin bölüşdürülməsinin ən yaxşı qaydası var və ona yenidən baxılması məqsədəuyğun deyil.
“Bu insanlar Yeni ili harada qarşıladılar? Onların ilk açıqlaması və bənzər təşəbbüsü o deməkdir ki, onlarda ideya böhranı var. İndi onlar böhranı diqqətə almamağa çalışırlar, lakin onlarda heç nə alınmayacaq”- Rati İonatamişvili qeyd edib.