Rati İonatamişvili - "Gürcü Arzusu"nun reytinqi heç bir iş görməyən, hakimiyyətə deyil, dövlətə qarşı çıxan müxalifətdən fərqli olaraq layiqincədir
Rati İonatamişvili - "Gürcü Arzusu"nun reytinqi heç bir iş görməyən, hakimiyyətə deyil, dövlətə qarşı çıxan müxalifətdən fərqli olaraq layiqincədir

 
“Gürcü Arzusu”na 60 faiz dəstəyin olması faktdır. Müxalifətin uğursuz olması da faktdır. Əgər gürcü seçici kimisə bəyənmirsə, bu, müxalifətdir, xüsusən də radikal müxalifət-bu haqda “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili açıqlayıb.

O, seçkilərə on ay qalmış müxalifətin olduqca narahat və qorxmuş olduğunu bildirib.

“Gürcü Arzusu”nun reytinqi heç bir iş görməyən, gündəmi hakimiyyətə deyil, dövlətə qarşı çıxmaq olan müxalifətdən fərqli olaraq layiqincədir. Bağışlayın, amma bu nəticələr onları təəccübləndirirsə, özlərinə baxmalıdırlar. Seçkilərə 10 ay qalmış müxalifət olduqca narahatdır, qorxur. Görünür, seçkilər yaxınlaşdıqca onların bu vəziyyəti daha da pisləşəcək. Seçkidə məğlub olsalar belə, bu, ölkə üçün xeyirli olacaq. Təəssüf ki, müxalifət öz maraqlarını aşa bilmir”- İonatamişvili açıqlayıb.