Rati İonatamişvili - Borrelldən mühüm mesajlar səsləndi, vətənpərvər olduğunu, dövlətin qayğısına qaldığını cəmiyyətə bir daha göstərən baş nazirin çıxışı da qeyd ediləsidir
Parlament əksəriyyətinin üzvü Rati İonatamişvili Aİ-nin ali nümayəndəsi Cozef Borrelldən çox mühüm mesajlar dinlədiklərini bildirib.
Onun Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə müsbət qərara dair gözləntilər artıb.
“Olduqca vacib mesajlar var idi. Vətənpərvər olduğunu, dövlətin qayğısına qaldığını ictimaiyyətə bir daha nümayiş etdirən baş nazirin çıxışını ayrıca qeyd etmək lazımdır. Ədalət cəmiyyətin ən çox dəyər verdiyi şeydir və biz ən çox ədalətsizliyə dözə bilmərik. Statusla bağlı ədalətli qərarın olacağını gözləyirik. Müsbət qərara dair gözləntilər artıb və bunu indi radikal müxalifətdə baş verən isterik hadisələr göstərir. Onların məqsədi ölkədə hakimiyyətin deyil, xalqın statusa layiq olması barədə rus narativini inkişaf etdirməkdir. Qütbləşməni azaltmağın yolu statusdan keçir, çünki təəssüf ki, perspektiv qütbləşmə prosesini daha da gərginləşdirib. Qərar vermə tarixi yaxınlaşdıqca, qütbləşməni bir o qədər artırmağa çalışırlar”- Rati İonatamşvili açıqlayıb.