Rati İonatamişvili - Avropa Məhkəməsi Saakaşvilinin qastronomik saxtakarlığı ilə bağlı işi yekunlaşdırıb, Gürcüstana hücum edən bütün daxili və xarici aktorların ən azı üzr istəməsi lazımdır
Bu gün Avropa Məhkəməsi Saakaşvilinin qastronomik saxtakarlığı ilə bağlı işi yekunlaşdırıb – bu sözlərlər “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili Strasburq Məhkəməsinin Saakaşvili ilə bağlı qərarına münasibət bildirib.
Onun sözlərinə görə, Gürcüstana hücum edən və ölkəni mənfi göstərməyə çalışan bütün daxili və xarici aktorlar üzr istəməyə borcludur.
“Məhkum Saakaşvili ikinci dəfə Strasburqda sağlamlığına süni xəsarət yetirilməsi zəminində Gürcüstana uduzdu. Bunun da hüquqi nəticələrlə yanaşı, siyasi və mənəvi nəticələri də olmalıdır. Saakaşvili həbsdə olduğu gündən biz Gürcüstan hakimiyyətinə və gürcü həkimlərinə, konkret hakimlərə qarşı bir sıra əsassız aqressiyaların, nifrət kampaniyalarının və böhtanların şahidi olduq. Düşünürəm ki, bütün bu müddət ərzində Gürcüstana hücum edən və ölkəmizi mənfi tərəfdən göstərməyə çalışan bütün daxili və xarici aktorlar ən azı üzr istəməyə borcludur. Strasburq Məhkəməsində Gürcüstanın reputasiyasını və şərəfini qoruyan Ədliyyə Nazirliyinə və şəxsən ədliyyə naziri Rati Breqadzeyə təşəkkür edirəm”, -deyə Rati İonatamişvili sosial şəbəkədə yazır.
Bu gün məlum oldu ki, Strasburq məhkəməsi Mixeil Saakaşvilini Varşavaya köçürülməsindən imtina edib və dövlətə onun ölkə daxilində başqa müalicə müəssisəsinə köçürülməsinə göstəriş verməyib.