Rati İonatamişvili - Avropa Komissiyası, dövlətə seytnot vaxtının tətbiqinin mümkünsüzlüyü barədə dediklərimizi təsdiqlədi
Biz aktiv iş prosesini davam etdirəcəyik və 12 bəndin yerinə yetirilməsi üçün üzərimizə götürdüyümüz bütün öhdəlikləri bir zamanlar məhz “Gürcü Arzusu” partiyasının sədrinin söylədiyi müddət çərçivəsində yerinə yetirəcəyik – bu barədə parlament əksəriyyətinin üzvü, Rati İonatamişvili bildirib.
Rati İonatamişvilinin sözlərinə görə, dövlətə seytnot vaxtının tətbiqi mümkünsüzdür.
“Faktiki olaraq, Avropa Komissiyası, dövlətə seytnot vaxtının tətbiqinin mümkünsüzlüyü və ümumiyyətlə, oxşar presedentlərin yaradılmasına dair dediklərimizi təsdiqlədi. Buna baxmayaraq, biz aktiv iş prosesini davam etdirəcəyik və 12 bəndin yerinə yetirilməsi üçün üzərimizə götürdüyümüz bütün öhdəlikləri bir zamanlar məhz “Gürcü Arzusu” partiyasının sədrinin söylədiyi müddət çərçivəsində yerinə yetirəcəyik”-deyə Rati İonatamişvili qeyd edib.
Avropa Komissiyasının nümayəndəsi Mixael Rupi Avropa Parlamentində Xarici Əlaqələr Komitəsində, genişlənmə paketinin prioritetləri ilə bağlı hesabatı 2023-cü il üçün hazırlayacaqlarını bildirib. “Biz Gürcüstan siyasi elitasının depolarizasiya səylərini sürətləndirməmək qərarına gəldik, buna görə də genişlənmə paketinin prioritetləri ilə bağlı hesabatı 2023-cü il üçün hazırlayacağıq” -deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.