Rati İonatamişvili - Andrey Kasianovun bəyanatı olduqca ağır və çirkin təxribatdır
Rati İonatamişvili - Andrey Kasianovun bəyanatı olduqca ağır və çirkin təxribatdır

 

Ukrayna məsələləri üzrə Gürcüstandakı müvəqqəti nümayəndə Andrey Kasianovun bəyanatı olduqca ağır və çirkin təxribatdır-bu barədə parlament əksəriyyətinin üzvü Rati İonatamişvili açıqlayıb.

“Biz “Gürcü Arzusu”nun ayrı-ayrı faəliyyətdə olan deputatının Ukrayna xalqının və gürcü əhalisinin qanı üzərində Şoyqunun çaldığına rəqs etməyə davam etməsini qınayırıq”-deyə Andrey Kasyanovun bugünkü bəyanatı ilə bağlı Rati İonatamişviliyə sual ünvanlanıb.

Rati İonatamişvilinin qeyd etdiyi kimi, xüsusilə də Ukraynada müharibənin ildönümündə oxşar təxribatın edilməsi qəbuledilməzdir.

“Andrey Kasianovun bəyanatı olduqca ağır və çirkin təxribatdır, xüsusilə də Ukraynada müharibənin ildönümündə oxşar təxribatın edilməsi qəbuledilməzdir. Bu gün biz təxribatlar silsiləsinin şahidi olduq. Fakt budur ki, biz buna baş qoşmamalıyıq, çünki bunun nə ilə nəticələnəcəyini bilirik. Təxribat nə qədər çirkin olsa da, mən heç vaxt ona baş qoşmayacağam” -deyə Rati İonatamişvili açıqlayıb.