Rati Breqadze Yeni İlin gəlişini Penitensiar Xidmətin əməkdaşları ilə birgə qeyd etdi
Ədliyyə naziri Yeni İlin gəlişini Penitensiar Xidmətin əməkdaşları ilə birgə qeyd etdi. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rati Breqadze yeni ili eskort və xüsusi tədbirlər baş idarəsinin bazasında qarşıladı.
“Nazir Eskort və Xüsusi Tədbirlər Baş İdarəsinin nümayəndələrinə ölkə qarşısında xidmətlərinə görə təşəkkür etdi və uğur qazanan əməkdaşları mükafatlandırdı. Nazir yeni 2023-cü ilin ölkəmiz üçün əmin-amanlıq, inkişaf və firavanlıq ili olacağına inandığını ifadə etdi.
Ədliyyə naziri, Rati Breqadze də 8 saylı Cəzaçəkmə Müəssisəsinin və Cinayətlərin Qarşısının Alınması, Cəza ilə əlaqədar olmayan cəzaların icrası və Probasiya üzrə Milli Agentliyin əməkdaşlarını da Yeni İl münasibətilə təbrik etdi”, – Ədliyyə Nazirliyinin məlumatında deyilir.