Rati Breqadze – Torpaqların sistemli qeydiyyatı 2024-cü ildə başa çatacaq
Tanınmış və təmin edilmiş mülkiyyət hüquqları müstəqil Gürcüstanı Sovet Gürcüstanından fərqləndirən əsas cəhətlərdən biridir və bir çox insanların sarsılmaz mübarizəsinin nəticəsidir, – bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze parlamentdə bildirib.
Nazirin sözlərinə görə, ölkədəki torpaq sahələrinin 1/3-nin dövlət qeydiyyatına alınmasına ehtiyac var ki, bu da böyük çətinliklərdən biridir.
Nazirin qeyd etdiyi kimi, Ədliyyə Nazirliyi artıq qanunvericilik təşəbbüsü hazırlayıb və gələn ilin yanvarından bütün ölkə üzrə torpaqların sistemli qeydiyyatına başlanılacaq.
“Biz torpaqların sistemli qeydiyyatına başlayırıq və bu məsələ 2024-cü ilin sonuna qədər birdəfəlik tam həll olunacaq və bu ölkədə yaşayan hər bir insanın mülkiyyət hüquqları nümunə kimi təmin olunacaq”, – Rati Breqadze dedi.