Rati Breqadze - Strasburqun Mixeil Saakaşvili ilə bağlı qərarına dair heç kimin sualı yoxdur, bu son qərardır
Rati Breqadze - Strasburqun Mixeil Saakaşvili ilə bağlı qərarına dair heç kimin sualı yoxdur, bu son qərardır

Strasburq məhkəməsi ilə bağlı heç kimin ümumiyyətlə hər hansı bir sualı yoxdur. Burada həm iddiaçı tərəfdən mövqelər, həm də bizim tərəfimizdən əks mövqelər təqdim olundu. Bu məsələdə təbiidir, heç kimin sualı yoxdur  – deyə ədliyyə naziri Rati Breqadze bildirib.

Nazir Gürcüstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri ilə görüşündən sonra bildirib ki, Strasburq məhkəməsi öz qərarını sübutlar əsasında qəbul edir və siyasi təsəvvür və təəssüratları deyil, hüquqi normaları rəhbər tutur.

“Biz izahat vermirik. Biz dost dövlətlərimizlə, o cümlədən Gürcüstanın yönləndiyi ölkələrin, yəni Avropa İttifaqının diplomatik korpusunun nümayəndələri ilə dialoq aparırıq. Bu hamıya aydındır. Məhkum Saakaşvilinin müalicə üçün təcili olaraq Varşavada olması ilə bağlı konkret müraciət cavablandırılıb və bu, məsələ ilə bağlı yekun qərardır. Məhkum Saakaşvilinin Polşaya köçürülməsi ilə bağlı qərara gəlincə, bu qərar həqiqətən də son qərardır”- Breqadze bildirib.

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ədliyyə Nazirliyində Rati Breqadze ilə görüşüblər.