Rati Breqadze - Strasburq məhkəməsi Mixeil Saakaşvilini Varşavaya köçürməkdən imtina etdi və dövlətə onu ölkə daxilində başqa müalicə müəssisəsinə köçürmək göstərişi vermədi
Rati Breqadze - Strasburq məhkəməsi Mixeil Saakaşvilini Varşavaya köçürməkdən imtina etdi və dövlətə onu ölkə daxilində başqa müalicə müəssisəsinə köçürmək göstərişi vermədi

 

Strasburq məhkəməsi Mixeil Saakaşvilini Varşavaya köçürməkdən imtina etdi və dövlətə onu ölkə daxilində başqa müalicə müəssisəsinə köçürmək göstərişi vermədi. Strasburq məhkəməsi Mixeil Saakaşvilinin vəkillərinin vəsatətini təmin etmədi, – bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze bugünkü brifinqdə bildirib.

“Bu gün Strasburq məhkəməsinin qərarı dərc edildi. Qərara əsasən, “Saakaşvili Gürcüstana qarşı” işi üzrə məhkum Mixeil Saakaşvilinin Varşavaya köçürülməsindən imtina edilib, eyni zamanda, dövlətə onun ölkə daxilində başqa bir müalicə müəssisəsinə köçürülməsi barədə göstəriş verilməyib”  -Breqadze qeyd edib .

Onun sözlərinə əsasən, Gürcüstan insan ləyaqətinin və ondan irəli gələn bütün hüquqların keşiyində qətiyyətlə dayanan Avropa dövlətidir.

“Təəssüf ki, Gürcüstanın uğurlarına uyğunlaşa bilməyən və ölkəmizin Avropa gələcəyinə kölgə salmaq üçün məqsədyönlü fəaliyyət göstərən bir qrup insan var. Məhkum Saakaşvilinin gəlişinin ilk günündən naməlum mənbələr tərəfindən maliyyələşdirilən qəsdən şər-böhtan kampaniyası başladı və məqsəd Gürcüstanı guya kiməsə işgəncə verilən bir dövlət kimi təqdim etmək idi. Bu məqsədə çatmaq üçün bu qrup hətta məhkumu, dörd dəfə aclıq epizodları olsun deyə, həkimlərin tövsiyələrinə tabe olmamağa, müalicə almamağa və müvafiq olaraq  öz sağlamlığını pisləşdirməyə qədər həvəsləndirməyə belə əl atdı ki, bu özünə zərər verməkdən başqa heç bir şey deyil.

Bildiyiniz kimi, Gürcüstanda azadlığa çıxmaq kampaniyası çərçivəsində səhhətinin süni şəkildə pisləşməsinə əsaslanan hüquqi dava həm birinci instansiya, həm də apellyasiya məhkəməsində Saakaşvilinin müdafiəsi üçün arzuolunmaz nəticə ilə başa çatdı. Daha sonra onlar Strasburq məhkəməsinə müraciət etdilər və sonda Mixeil Saakaşvilinin müvəqqəti tədbir kimi müalicə üçün Varşavaya göndərilməsini istədilər.

Strasburq məhkəməsinin bu gün “Saakaşvili Gürcüstana qarşı” işi üzrə məhkum edilmiş Mixeil Saakaşvilinin Varşavaya köçürülməsindən imtina etdiyi və eyni zamanda dövlətə onun ölkə daxilində başqa bir müalicə müəssisəyə köçürülməsinə dair göstəriş vermədiyi barədə qərarı dərc edildi. Bütün bunlar bizim əziz cəmiyyətimizlə dəfələrlə müzakirə etdiklərimizi göstərir. Məhkumun daxil olduğu gündən bu günə qədər etdiyi bütün addımlar düzgün və insan hüquqlarının ən yüksək standartlarına müvafiq olub.

Bir daha insan haqlarını qətiyyətlə qoruyan bütün ləyaqətli əməkdaşlarımıza və təbii ki, çoxlu təhqirlərə, çoxlu böhtanlara rəğmən öz vəzifə borcunu qətiyyətlə yerinə yetirmiş və yetirən, insan sağlamlığının keşiyində duran tibb işçilərinə təşəkkürümü bildirirəm  – Breqadze bildirib.

Mixeil Saakaşvilinin vəkilləri Saakaşvilinin işi ilə bağlı iddianı aprelin 11-də Strasburq məhkəməsinə göndərdilər. Vəkillər Mixeil Saakaşvilinin cəzasının təxirə salınmasını və müalicə üçün xaricə göndərilməsini tələb edirdilər.