Rati Breqadze - Soso Qoqaşvilinin ailə üzvləri ilə görüşdüyünü, görüşün onun müraciəti əsasında baş tutduğunu və qanunvericilik normalarına tam riayət olunmaqla həyata keçirildiyini təsdiqləyirəm
Gürcüstanın ədliyyə naziri Rati Breqadze Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Soso Qoqaşvilinin ailə üzvləri ilə görüşdüyünü təsdiqləyir. Bu barədə nazir Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Breqadze , görüşün Qoqaşvilinin müraciəti əsasında baş tutduğunu və sözügedən görüşün qanunvericilik normalarına ciddi riayət olunmaqla həyata keçirildiyini bildirib.
“Gürcüstanda, o cümlədən penitensiar müəssisələrdə ifadə azadlığı təmin edilir. Bu səbəbdən cənab Qoqaşvilinin danışdıqlarını və hansısa konspirasiya nəzəriyyəsini şərh etməkdə çətinlik çəkirəm. Əgər onun nəsə sübutu varsa, müvafiq orqanlara müraciət etməlidir” – deyə Rati Breqadze bildirib.
Tbilisi Şəhər Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili barəsində iyulun 18-də həbs qətimkan tədbiri seçib.
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları iyulun 16-da İoseb Qoqaşvilini saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin birinci hissəsi ( dövlətin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma ), 157-ci maddəsinin 4-cü hissəsi və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama) ilə ittiham olunub, bu da cəza ölçüsü olaraq dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.