Rati Breqadze - səfirlərlə görüşdə Saakaşvilinin xaricə, üstəlik konkret hansısa ölkəyə köçürülməsi ilə bağlı heç bir müzakirə aparılmayıb
İctimaiyyəti məlumatlandırmaq məqsədilə səfirlərlə görüşdə Saakaşvilinin xaricə, üstəlik konkret hansısa ölkəyə köçürülməsi ilə bağlı heç bir müzakirə aparılmadığını təkrarlayıram – bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze sosial şəbəkədə yazır.
“Dünən KİV-lərdən biri tərəfindən həqiqətə uyğun olmayan məlumat yayıldığını maksimal olaraq düzgün şəkildə yazdım.
Avropalı tərəfdaşlarımızın çəkinəcəklərini və “xətanı aradan qaldırmağın” qayğısına qalacaqları ümidilə “yalan” sözünü bilərəkdən işlətmədim.
Dezinformasiyanın yayılması qərb standartı deyil. Belə bir hərəkət demokratik media üçün yumşaq şəkildə desək, dəhşətli şəkildə utancvericidir.
İctimaiyyəti məlumatlandırmaq məqsədilə səfirlərlə görüşdə Saakaşvilinin xaricə, üstəlik konkret hansısa ölkəyə köçürülməsi ilə bağlı heç bir müzakirə aparılmadığını təkrarlayıram” -deyə Rati Reqadze yazır.