Rati Breqadze - Saakaşvili 24 saat həkim nəzarətindədir və zərurət yaranacağı təqdirdə bütün tibbi tədbirlərdən keçirilir, guya onun sərbəst hərəkət edə bilməməsi yalandır
Rati Breqadze - Saakaşvili 24 saat həkim nəzarətindədir və zərurət yaranacağı təqdirdə bütün tibbi tədbirlərdən keçirilir, guya onun sərbəst hərəkət edə bilməməsi yalandır

 

Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 24 saat həkim nəzarətindədir və zərurət yaranacağı təqdirdə bütün tibbi tədbirlərdən keçirilir.

Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə Saakaşviliyə tibbi xidmətlər göstərilə bilər, o cümlədən Gürcüstandakı cəzaçəkmə müəssisəsindən kənarda da.

“Əvvəllər də dediyimiz kimi, Mixeil Saakaşvili 24 saat həkim nəzarətindədir və zərurət yaranacağı təqdirdə bütün tibbi tədbirlərdən keçirilir. Bəyanat da vermişik ki, əgər buna ehtiyyac yaranarsa, ona tibbi xidmətlər göstərilə bilər, o cümlədən lazım gələrsə, Gürcüstandakı penitensiar müəssisədən kənarda da” – deyə Rati Breqadze qeyd edib.

Mixeil Saakaşvilinin sərbəst hərəkət edə bilməməsi və yemək yeyə bilməməsi ilə bağlı suala gəlincə, – Rati Breqadzenin sözlərinə əsasən bu yalandır.

Rati Breqadze, Mixeil Saakaşvilinin sərbəst hərəkət etdiyini izah edir.

“Hazırda səsləndirdiyiniz məlumat aşıq şəkildə deyəcəm yalandır. Dezinformasiyaya xidmət etməyin. Siz indi təsdiqləyici şəkildə iddia edirsiniz ki, Mixeil Saakaşvili sərbəst hərəkət edə bilmir, açıq şəkildə deyirəm bu yalandır, sərbəst hərəkət edir. Siz dediniz ki, Mixeil Saakaşvili sərbəst özü hərəkət edə bilmir, ifadəniz belə idi. Dedikləriniz tamamilə yalandır, Mixeil Saakaşvili sərbəst hərəkət edir. Məhz bu səbəbdən açıq şəkildə deyirəm saxta məlumat yaymayın. Şəxsin səhhəti barədə saxta məlumat yaymaqla yalan danışırsınız, siz bununla onların ailə üzvlərini gərginləşdirir və ictimai iğtişaşlara töhfə verməyə çalışırsınız, bu zərər verməkdir” – deyə Rati Breqadze bildirib.