Rati Breqadze - prezident şəxsi səfərlə dünyanın istənilən yerinə gedə bilər, təmsilçi funksiyalarını yerinə yetirmək istəyirsə bu halda o, hökumətin icazəsini almalıdır
Gürcüstan Prezidenti şəxsi səfərlə dünyanın istənilən yerinə gedə bilər, əgər o, təmsilçi funksiyalarını yerinə yetirmək istəyirsə, bu halda Gürcüstan hökumətinin icazəsini almalıdır -deyə Gürcüstanın ədliyyə naziri Rati Breqadze açıqlayıb.
Rati Breqadze bildirib ki, Konstitusiya Məhkəməsi Gürcüstan hökuməti ilə razılaşdırılmayacaq oxşar tipli səfərin həyata keçirilməsinin konstitusiyanın pozulması olduğunu müəyyənləşdirib.
Bundan əlavə, ədliyyə nazirinin bəyanatına görə, “prezident tərəfindən konstitusiyanın pozulması halında nə baş verəcəyi proseduru yazılıb”.