Rati Breqadze - Penitensiar sistemdə kiçik müəssisənin tikintisi ultramüasir yanaşmadır
Ədliyyə naziri Rati Breqadze parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı Rustavidə yeni müəssisənin tikintisinin gedişatından da danışıb və qeyd edib ki, penitensiar sistemdə kiçik müəssisənin tikintisi ən son, ultra müasir yanaşmadır.
“Rustavidə biz 150 məhbus üçün nəzərdə tutulmuş yeni, kiçik müəssisənin tikintisinə başlamışıq. Bilirsiniz, kiçik qurumlar, bu sistemlə tanış olanlar, bilirsiniz ki, kiçik müəssisə cəzaçəkmə sistemində ən son, ultra müasir yanaşmadır, çünki burada insan hüquqlarını daha yüksək səviyyədə qorumaq mümkündür və həm də çox daha səmərəli idarə olunur” – Rati Breqadze bildirib.
Rati Breqadzenin çıxışının mətnini Ədliyyə Nazirliyi yayır.