Rati Breqadze Nyu-York Probasiya ofisinin rəhbəri Xuanita Holms ilə görüşüb
Rati Breqadze Nyu-York Probasiya ofisinin rəhbəri Xuanita Holms ilə görüşüb

Gürcüstanın Ədliyyə naziri Rati Breqadze Nyu-York Probasiya Ofisinnin rəhbəri Xuanita Holms ilə görüşüb.

Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, Rati Breqadze iclasda Ədliyyə Nazirliyinin cinayətlərin qarşısının alınması və probasiya sahəsində həyata keçirdiyi islahatlar və yeniliklərdən danışıb.

““Probbox” innovativ cihazı Avropada analoqu olmayan şərti məhkumların elektron nəzarətinin müasir mexanizmidir. Probasiya büroları ilə birlikdə şərti məhkumların elektron nəzarəti və xidmətləri alternativ binalarda mümkündür və bununla da şərti məhkumların anonimliyinin qorunması və onların nəzarəti və xidmətlərinin coğrafi arealı artır”, – Rati Breqadze qeyd edib.

Nazir, həmçinin bərpaedici ədalət mühakiməsi sahəsində, Ədliyyə Nazirliyi tərəfindən hazırlanan reabilitasiya proqramlarını da təqdim edib. Söhbət zamanı regionlarda mediasiya məkanlarının və yetkinlik yaşına çatmayanlar üçün müraciət mərkəzlərinin açılmasının vacibliyinə toxunulub.

Bildirilib ki, penitensiar və cinayətlərin qarşısının alınması sistemlərinin gələcək inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübənin bölüşdürülməsi Ədliyyə Nazirliyinin 10 illik inkişaf planının strateji prioritetlərindən biridir.

Gürcüstan tərəfi ABŞ-ın probasiya sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu bildirib və səmərəli əməkdaşlığa görə ev sahibi tərəfə təşəkkür edib.

Görüşdə ədliyyə nazirinin müavini Beka Dzamaşvili, Xüsusi Penitensiar Xidmətin rəhbəri Nika Tşvaraşvili və Gürcüstanın Nyu-Yorkdakı baş konsulu Maya Bartaya da iştirak ediblər.