Rati Breqadze - nə Saakaşvili, nə də onun ailəsi müalicəyə əcnəbi həkimlərin qoşulması haqqında müraciət təqdim edib, nazirlik arzuolunan əcnəbi həkimlərin siyahısını təqdim etsələr, qarşı çıxmayacaq
Nazirlik və Xüsusi Penitensiar Xidmət bilavasitə məhkum və ya onun ailəsi tərəfindən Mixeil Saakaşvilinin müalicəsinə qoşulacaq arzuolunan əcnəbi həkimlərin siyahısı təqdim edilərsə buna qarşı çıxmayacaq-bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze hökumətin bugünkü iclasından sonra açıqlayıb.
“Guya dövlətin polşalı həkimlərin Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verməməsi ilə bağlı dezinformasiya ilə əlaqədar açıqlama vermək istərdim. Buradaca ictimaiyyətə xatırlatmaq istəyirəm ki, 2022-ci ilin noyabrın 29-da biz məhkum Mixeil Saakaşviliyə onun müalicə prosesinə qoşulması üçün həkimlərin, istənilən xarici klinikadan əcnəbi həkimlərin gətirilməsini təklif etmişdik. Daha sonra, üç gün əvvəl biz bir daha təklifimizin qüvvədə olduğunu açıqladıq, nazirlik və Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin müalicəsinə istənilən xarici klinikadan, istənilən əcnəbi həkimin qoşulmasına qarşı çıxmayacaq” – deyə Rati Breqadze açıqlayıb.
O bildirib ki, bu gün hökumətin iclasından əvvəl yenidən yoxlayıb və saat 13:00-a olan göstəricilərlə nə Mixeil Saakaşvili, nə də onun ailəsi müalicəyə əcnəbi həkimlərin qoşulmasını tələb etdikləri müraciət təqdim edib.
“Mən bir daha həm bilavasitə məhkum Saakaşviliyə, həm də onun ailə üzvlərinə çağırış edərək və ictimaiyyəti düzgün məlumatlandırmaq üçün açıqlamaq istərdim ki, əgər bilavasitə məhkum və ya ailəsi yerindəcə, “Vivamed” klinikasında Mixeil Saakaşvilinin müalicəsinə qoşulmaq məqsədilə arzuolunan həkimlər siyahısını təqdim edərsə nazirlik və Xüsusi Penitensiar Xidmət buna qarşı çıxmayacaq və bir daha təkrar edirəm, Gürcüstanda onun hazırda müalicə olunduğu klinikada həkimlik fəaliyyəti ilə məşğul olmaq və məhkum Saakaşvilinin müalicəsi prosesinə qoşula bilmələri üçün müvafiq prosedurlardan keçmələri istiqamətində onlarla Səhiyyə Nazirliyi arasında vasitəçilik edəcəyik” – deyə Rati Breqadze açıqlayıb.