Rati Breqadze - Mixeil Saakaşvilinin səhhətinin kəskin şəkildə yaxşılaşmasından dolayı şadıq, həkimlərin tövsiyəsindən sonra o, cəzaçəkmə müəssisəsinə köçürüləcək
Ədliyyə naziri Rati Breqadze Mixeil Saakaşvilinin səhhətinin yaxşılaşdığını təsdiqlədiyini bildirir. O, bu barədə jurnalistlərə açıqlayıb.
Breqadzenin qeyd etdiyi kimi, Mixeil Saakaşvili həkimlərin müvafiq qərarı olan kimi dərhal “Vivamed”dən cəzaçəkmə müəssisəsinə köçürüləcək.
“Sağlamlığın yaxşılaşması ilə bağlı rəyləri təsdiq edirik. Biz şadıq ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb, həkimlərin müvafiq qərarı və tövsiyəsi olan kimi təbii ki, cəzaçəkmə müəssisəsinə köçürüləcək”- deyə Rati Breqadze açıqlayıb.