Rati Breqadze - Mixeil Saakaşvilinin saxlanmasına ildə təxminən 200 000 lariyədək xərclənib
Bir il ərzində Mixeil Saakaşvilinin saxlanmasına təxminən 200 000 lariyədək xərclənib – bu barədə ədliyyə naziri Rati Breqadze parlamentdə “Nazir saatı” formatında deputatların suallarını cavablandırarkən açıqlayıb.
Breqadze Mixeil Saakaşviliyə hər zaman tibbi xidmət göstərildiyini və indi də göstərilməyə davam etdiyini bildirib.
“Ədliyyə Nazirliyi hər bir məhkuma tibbi xidmət göstərmək üçün məsuliyyət daşıyır. Mixeil Saakaşviliyə hər zaman tibbi xidmət göstərilib və indi də göstərilir. O, Gürcüstan qanunvericiliyinə uyğun olaraq Tbilisidə fəaliyyət göstərən tibb müəssisəsindədir, bu klinikadır, palatada yerləşdirilib və tibbi xidmətlər alır. Bu hissədə dövlətin məsuliyyəti var. Bir il ərzində təqribən 200 000 lariyədək xərclənib, bir məhbusun saxlanmasına isə təxminən 17 400 lari xərclənir”-deyə Rati Breqadze açıqlayıb.