Rati Breqadze - Mixeil Saakaşvilini ziyarət etmək hüququna malik şəxslərin heç biri problem yaşamayıb
Rati Breqadze - Mixeil Saakaşvilini ziyarət etmək hüququna malik şəxslərin heç biri problem yaşamayıb

 

Ədliyyə naziri Rati Breqadze bildirib ki, Mixeil Saakaşviliyi ziyarət etmək hüququna malik şəxslərin onu görmək imkanı var.

Nazir alman psixiatrın Saakaşvilini ziyarət etməsi ilə bağlı açıqlama verib.

Rati Breqadze bildirib ki, Saakaşvilini ziyarət edərkən kiminsə hər hansı problemlə üzləşməsi barədə danışmaq əsassızdır.

“Polşa Seyminin sədr müavini Malqojata Qoşevska siyasətçidir, xarici ölkə vətəndaşıdır. Gürcüstan qanunvericiliyinə əsasən, onun cəzaçəkmə müəssisəsinə daxil olmaq hüququ yoxdur və ora daxil ola bilməzdi. Psixiatra gəlincə, onu “Empatia” mərkəzi dəvət edib və lazımi sənədləri olan halda daxil olacaq. Mixeil Saakaşvilini ziyarət etmək hüququna malik şəxslərin heç biri problem yaşamayıb. Bu müddət ərzində Saakaşvilinin 1500 ziyarətçisi olub. Ona görə də kiminsə hər hansı problemlə üzləşməsi barədə söhbətlər əsassızdır” -deyə Rati Breqadze bildirib.