Rati Breqadze - Mixeil Saakaşvilinin tam sağaldığına və onu köçürməyin mümkün olduğuna dair həkimlərin rəyi olduqda, müvafiq qərar qəbul edəcəyik
Rati Breqadze - Mixeil Saakaşvilinin tam sağaldığına və onu köçürməyin mümkün olduğuna dair həkimlərin rəyi olduqda, müvafiq qərar qəbul edəcəyik

Həkim bizə deyəndə ki, Mixeil Saakaşvilini köçürmək mümkündür, o sağalıb, müvafiq qərar veriləcək – Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərin Saakaşvilini cəzaçəkmə müəssisəsinə geri qaytarmağın mümkün olub-olmaması ilə bağlı sualına belə cavab verib.

Rati Breqadzenin qeyd etdiyinə əsasən, Ədliyyə Nazirliyi insan hüquqlarının ən yüksək standartlarını rəhbər tutur.

“Əgər insanın tibbi yardıma ehtiyacı varsa, o, bu yardımı “Vivamed” özəl klinikasında alır. Mixeil Saakaşvilinin tam sağaldığına və onu köçürməyin mümkün olduğuna dair həkimlərin rəyi olduqda, müvafiq qərar qəbul edəcəyik.

Müalicəyə həkim cavabdehdir, biz yox, biz həkim deyilik. Həkim bizə deyəndə ki, bu adamı köçürmək olar, sağalıb, müvafiq qərar veriləcək.

Bu mərhələdə həmin şəxs müalicə kursu keçir və biz bilavasitə məhkum Sakaşvilini, eləcə də onun ailə üzvlərini və tərəfdarlarını bu şəxsə mümkün qədər dəstək olmağa çağırırıq ki, o, tibbi tövsiyələrə tam əməl etsin və mümkün qədər tez sağalsın”-  Rati Breqadze deyib.