Rati Breqadze - məhkum Saakaşvilinin sağlamlıq hüququ da daxil olmaqla bütün hüquqları təmin olunub
Məhkum Saakaşvilinin sağlamlıq vəziyyəti barədə, əminliklə demək olar ki, sağlamlıq hüququ da daxil olmaqla onun bütün hüquqları təmin olunub – bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Rati Breqadze , Mixeil Saakaşvilinin özəl klinikanın terapiya şöbəsində olduğunu bildirib.
“Mixeil Saakaşvilinin səhhəti barədə danışmaq qərarını verəcək biri varsa, bu həkim olmalıdır. “Empatia”nın hələlik heç bir müsbət reaksiyası olmayıb. Xaricə köçürülməsinə gəlincə, məhkum cəzasını Gürcüstandakı cəzaçəkmə müəssisəsində çəkir, əgər məhkumun müalicəsini xaricdə davam etdirmək istəyi varsa, bu halda o məhkum olmamalıdır, bu halda cəzanı təxirə salma və ya cəzadan azad etmə mexanizmi var. Bu isə Ədliyyə Nazirliyinin səlahiyyətinə daxil deyil. Bizim səlahiyyətimiz cəzanı icra etməkdədir. Müvafiq hüquqi əsası olmayan heç bir məhbusumuz yoxdur və biz öz işimizi görürük”- deyə Rati Breqadze bildirib.