Rati Breqadze Macarıstan səfiri ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdi
Rati Breqadze Macarıstan səfiri ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdi

Ədliyyə naziri, Rati Breqadze Macarıstanın səfiri, Anna Mariya Şikos ilə tanışlıq görüşü keçidi.

Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Gürcüstan və Macarıstanın Ədliyyə Nazirlikləri arasında sahəvi əməkdaşlığın dərinləşdirilməsinə toxunuldu. Nazir Macarıstan səfirinə mülki məsələlərdə hüquqi əməkdaşlıq istiqamətində partnyorluğu gücləndirməyi təklif etdi. Rati Breqadze iki ölkənin Ədliyyə nazirlərinin mülki məsələlərdə qarşılıqlı hüquqi yardım haqqında ikitərəfli razılaşma imzalaya bilməsi üçün macar həmkarını Gürcüstanda qəbul etməyə hazır olduğunu bildirdi.

Rati Breqadze qeyd etdi ki, razılaşma Gürcüstan və Macarıstan arasında partnyorluq münasibətlərini daha da dərinləşdirəcək və iki ölkənin Ədliyyə nazirlərinin ötən ilin dekabrında imzalanmış ikitərəfli anlaşma memorandumu çərçivəsində razılaşdıqları əməkdaşlığın məntiqi davamı olacaq.

Görüşdə Gürcüstan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məsələlərində Macarıstan tərəfinin ekspert yardımı müzakirə edildi; iki ölkənin Ədliyyə Nazirliyinin əməkdaşları üçün mübadilə proqramı, həmçinin Gürcüstanda Macarıstan-Gürcüstan hüquq forumunun keçirilməsi məsələsi.

Macarıstan səfiri ilə görüşdə Ədliyyə nazirinin müavini, Beka Dzamaşvili iştirak edirdi.