Rati Breqadze - konkret məhbusun özünə zərər vurmaqla həbsdən canını qurtarma cəhdini müşahidə edirik, nazirlik loyal ola bilməz, çünki bu təhlükəli presedentdir
Rati Breqadze - konkret məhbusun özünə zərər vurmaqla həbsdən canını qurtarma cəhdini müşahidə edirik, nazirlik loyal ola bilməz, çünki bu təhlükəli presedentdir

 

Dövlətin imicinə xələl gətirmək məqsədi daşıyan siyasi kampaniyanı və konkret məhbusun özünə zərər vurmaqla həbsdən canını qurtarmasını təmin etmək üçün tamamilə qəbuledilməz cəhdini müşahidə edirik, dövlətin maraqlarından irəli gələrək buna yönəlik Ədliyyə Nazirliyi təbii ki, loyal qalmayacaq- bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze açıqlayıb.

Breqadze bunun digər məhbusların davranışlarına təşviqedici təsir göstərə biləcək təhlükəli presedent olduğunu və dövlət təhlükəsizliyi üçün ciddi problemə çevrilə biləcəyini bildirib.

“Bir daha təkrarlayırıq ki, biz yalnız öz vəzifə borcumuzu lazımi şəkildə yerinə yetirməyə görə məsuliyyət daşıya bilərik, lakin məhbusun seçici olaraq kalorisiz qida qəbulu və tibbi göstərişlərin müntəzəm olaraq yerinə yetirilməməsi şəklində ifadə olunan özünə zərər vurmasına görə məsuliyyət daşıya bilmərik. Məhkumun sağlamlıq maraqlarından irəli gələrək biz hamını məhbus Mixeil Saakaşvilinin özünə zərər verməsini dəstəkləməyi dərhal dayandırmağa çağırırıq. Onu sağlamlığı üçün faydalı olan tibbi tövsiyələri yerinə yetirməyə və hökmün icrası məsələsini siyasiləşdirməyə son qoymağa çağırmalıdırlar. Və sonda, Gürcüstan bir tərəfdən məhbusun hüquqlarını qoruyan, eyni zamanda bu halda hökmün icrası ilə ifadə olunan qanunun icrasını təmin edən hüquqi dövlətdir”-deyə Rati Breqadze qeyd edib.