Rati Breqadze - kimsə dövləti işgəncədə ittiham edirsə, hansı ölkənin prezidenti olmasından asılı olmayaraq heç olmazsa bir dəlil göstərməlidir, Gürcüstanda qeyri-insani rəftar, işgəncə keçmişdə qalıb
Rati Breqadze - kimsə dövləti işgəncədə ittiham edirsə, hansı ölkənin prezidenti olmasından asılı olmayaraq heç olmazsa bir dəlil göstərməlidir, Gürcüstanda qeyri-insani rəftar, işgəncə keçmişdə qalıb

 

Gürcüstan dövlətini kimin işgəncədə ittiham etməsindən asılı olmayaraq, bu, tamamilə qəbuledilməzdir -bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Mixeil Saakaşvili ilə bağlı bu gün verdiyi bəyanata dair mətbuat konfransında  Rati Breqadzeyə sual ünvanlanıb.

“Bu bəyanata cavab olaraq, bir şeyi demək olar ki, Gürcüstanda bütün bu sistemin başında duran o vaxt Gürcüstan vətəndaşı, indi isə Ukrayna vətəndaşının qeyri-insani rəftar və işgəncə praktikası artıq keçmişdə qalıb. Bu, Gürcüstan tarixinin biabırçı səhifəsi idi. Bu ağır və utancverici tarixin yükünü hamımız, övladlarımız, nəvələrimiz, gələcək nəsillərimiz daşımalıyıq. Gürcüstan dövlətini kimin işgəncədə ittiham etməsindən asılı olmayaraq, bu, tamamilə qəbuledilməzdir. Biz hər zaman Ukraynada müəyyən siyasətçilər tərəfindən verilən ədalətsiz qiymətləndirmələrə münasibət bildirməkdə maksimum təmkinli davranırıq, çünki bu dövlət əvvəllər də dediyimiz kimi müharibədədir. Təbii ki, kimsə dövləti heç bir əsas olmadan işgəncədə ittiham edirsə, kim olmasından, hansı ölkənin prezidenti olmasından asılı olmayaraq heç olmazsa işgəncə ilə bağlı bir dəlil göstərsinlər və bundan sonra oxşar tipli bəyanat müzakirə oluna bilər. Gürcüstanda kiməsə işgəncə verilməsi, kim olmasından asılı olmayaraq, kimin deməsindən asılı olmayaraq, ədalətsiz və təhqiramiz ifadədir. Bütün bəyanatların, xüsusən də yüksək siyasi məmurlar tərəfindən verilən bəyanatların sübutlarla dəstəklənməli olması məhz Avropa, Qərb standartıdır. Bu bəyanat heç bir sübuta əsaslanmır, müvafiq olaraq təbii ki, qəbuledilməzdir”- deyə Rati Breqadze açıqlayıb.