Rati Breqadze – Kim məhbusun sağlamlığı və həyatı ilə maraqlananlar arasında birincilərdənik
Vurğulayıram ki, əgər kimisə məhbusun sağlamlığı və həyatı maraqlandırırsa, biz birincilərdənik və biz həmişə bütün səviyyədə hər kəsi aclıq aksiyasını dayandırmağa çağırırıq”, – deyə ədliyyə naziri Rati Breqadze nazirlikdə keçirilən brifinqdə bildirib.
“Biz aclıq askiayasını dayandırmğa çağırmayan opponentlərimizdən fərqli olaraq müntəzəm olaraq aclıq aksiyasını dayandırmağa çağırırıq. Elə adamlar var ki, nəinki aclıq aksiyasını dayandırmağa çağırır, hətta aclığı dayandırsan, bir siyasətçi kimi məhv olacağını bildirir. Sonra kimsə bizə sual veririmi ki, biz bu qətlə imza atırıqmı? Bu yolverilməzdir və hər kəs etdiklərinə yaxşı nəzər salmalıdır”, – Rati Breqadze bildirib.
Rati Breqadzenin fikrincə, məhbusun səhhəti barədə siyasətçilər deyil, həkimlər danışmalıdır. Onun sözlərinə görə, həkimlərin normal işləməsinə icazə verilməlidir.
“Həkimlər sağlamlıq haqqında danışmalıdır, siyasətçilər və jurnalistlər yox. Ona görə də həkimlərin normal işləməsinə icazə verilməlidir. Biz hər kəsi həkimləri işə buraxmağa, öz siyasi məqsədləri üçün istifadə olunan dezinformasiyaya son qoymağa çağırırıq. Biz təbabətlə siyasəti bir-birindən ayırıb, 24 saat bu insanın səhhətinin qayğısına qalmaq üçün həkimlərin işləməsini gözləməliyik. Mən bir daha bu insanın səhhəti ilə maraqlanan bütün həkimlərə təşəkkür etmək istəyirəm”, – Rati Breqadze bildirib.