Rati Breqadze Kelli Deqnan ilə görüşdü
Rati Breqadze Kelli Deqnan ilə görüşdü

Gürcüstan Ədliyyə naziri, Rati Breqadze ABŞ səfiri, Kelli Deqnan ilə görüşdü.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, RatiBreqadze Kelli Deqnanı Nazirliyin üzrəində artıq işlərə başlanıldığı prioritetləri ilə tanış etdi. Görüşdə qeyd edildi ki, Gürcüstan Ədliyyə Nazirliyi və ABŞ arasında sıx və məhsuldar əməkdaşlıq artıq 25 ildir mövcuddur və məhkəmə, cinayət, penitensial sistemləri sahələrini əhatə edir.

“ABŞ səfiri Ədliyyə Nazirliyi ilə partnyorluğun əhəmiyyətini xüsusilə qeyd etdi və bildirdi ki, Ədliyyə Nazirliyinin prioritetlərinə müvafiq olaraq əməkdaşlıq sahələri daha da genişləndiriləcək”, – Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.