Rati Breqadze - cəzaçəkmə müəssisələrində bütün növ görüşlər tam pulsuz olacaq
Ədliyyə naziri Rati Breqadze məhbuslar üçün uzunmüddətli görüşün pulsuz olacağını bildirib.
Nazirin hökumətin bugünkü iclası başa çatdıqdan sonra açıqladığı üzrə, sözügedən dəyişiklik yeni Penitensiar Məcəllədə öz əksini tapacaq.
“Ədliyyə Nazirliyi müvafiq qurumların iştirakıyla parlamentdə təşəbbüsü irəli sürüləcək yeni Penitensiar Məcəllə layihəsini hazırlayıb. Təqsirləndirilən şəxsə əvvəllər sahib olmadığı uzunmüddətli görüş hüququ tanınacaq. Həmçinin, bütün növ görüşlər tam pulsuz olacaq. Məsələn, bu gün yetkinlik yaşına çatmış şəxslər 60 lari, yetkinlik yaşına çatmayanlar isə 30 lari ödəməlidirlər. Müvafiq olaraq, bu məhbuslar və onların ailə üzvləri üçün böyük güzəşt olacaq”-deyə Breqadze açıqlayıb.