Gürcüstanın ədliyyə naziri Rati Breqadze Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb.
Gürcüstanın ədliyyə naziri ilə Azərbaycan prezidenti iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi prosesində Gürcüstan və Azərbaycanın ədliyyə nazirliklərinin rolu barədə danışıblar.
Azərbaycan prezidenti iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış qarşılıqlı-anlaşma memorandumundan məmnunluq ifadə edib. Sənəd Gürcüstan və Azərbaycanın Ədliyyə nazirlikləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur. İlham Əliyev birgə layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib və nazirliklərə öz dəstəyini ifadə edib.
Məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.