Rati Breqadze - iqtidarın necə olacağına xalq qərar verir, bir partiya mı, yoxsa bir neçə partiya mı çoxluğu qazanacaq, hər şey seçicilərin iradəsinə uyğun olacaq
Rati Breqadze - iqtidarın necə olacağına xalq qərar verir, bir partiya mı, yoxsa bir neçə partiya mı çoxluğu qazanacaq, hər şey seçicilərin iradəsinə uyğun olacaq

 
İqtidarın necə olacağına, bir partiyanın mı, yoxsa bir neçə partiyanın mı çoxluq statusu əldə edəcəyinə, koalisiyanın yaradılıb-yaradılmayacağına gürcü xalqı qərar verir-bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze açıqlayıb.

Breqadzeyə “Seçkilər 2024-cü ilin oktyabrında keçiriləcək, ola bilsin ki, bizi koalisiya hökumətinə aparacaq təkamül, mümkün qədər sabit və sakitliyə şahid olacağıq” deyə Salome Zurabişvilinin France 24 telekanalına verdiyi müsahibə ilə bağlı sual ünvanlanıb.

Rati Breqadzenin sözlərinə görə, hər şey gürcü seçicilərinin iradəsinə uyğun olacaq.

“2024-cü ildə keçiriləcək seçkilərdə Gürcüstan əhalisi öz mövqeyini bildirəcək və hər şey seçicilərimizin iradəsinə uyğun olacaq”- Rati Breqadze açıqlayıb.