Rati Breqadze - həkimlərin tövsiyəsi olarsa Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək
Gürcüstanın ədliyyə naziri Rati Breqadze həkimlərin tövsiyəsi olarsa Saakaşvilinin cəzaçəkmə müəssisəsinə köçürüləcəyini bildirib.
O, məhbusun cəzasını cəzaçəkmə müəssisəsində çəkməsi gərəkdiyini, lakin səhhətinə görə Saakaşvilinin hazırda tibb müəssisəsində olduğunu bildirib.
“Əvvəllər də demişəm, indi də təkrar edirəm ki, həkimlərin tövsiyəsi olarsa, təbii ki, Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Məhkum cəzasını cəzaçəkmə müəssisəsində çəkir, lakin səhhətinə görə bir çox digər məhbus kimi Saakaşvili də hazırda tibb müəssisəsindədir”-deyə Rati Breqadze bildirib.