Rati Breqadze - Gürcüstan hüquqi dövlətdir və istənilən cəza icra olunmalıdır
Gürcüstan hüquqi dövlətdir və istənilən cəza icra olunmalıdır. Səsləndirilən istənilən ittiham sübutlarla təsdiqlənməlidir, üstəlik də hər hansı siyasi məmur tərəfindən irəli sürüldükdə; Onun hansı ölkəni təmsil etməsinin fərqi yoxdur – ədliyyə naziri Rati Breqadze “İmedi” televiziyasının efirinə bağlantı zamanı Mixeil Saakaşviliyə qarşı işgəncə və qeyri-insani rəftarla bağlı açıqlamalara belə münasibət bildirib.
“Biz hüquqi dövlətdə yaşayırıq, sübut yükü başqa şəxsi ittiham edən şəxsin üzərinə düşür. Biz bu insana qarşı işgəncə və ya qeyri-insani rəftarla bağlı heç bir sübut eşitməmişik, tam məsuliyyətlə deyirəm. Müvafiq olaraq, istənilən oxşar bəyanat siyasi gündəliyin yalnız tərkib hissəsidir” -deyə Breqadze açıqlayıb.
Ədliyyə naziri Saakaşvilinin səhhətindən də danışıb.
“Mən dedim və bir daha təkrar edirəm ki, bizim, Saakaşvili və onun tərəfdarlarının radikal qruplaşmasının maraqları bir-biri ilə üst-üstə düşə bilməz, çünki bizim marağımız bu şəxsin sağlamlığıdır və bu insanlar isə bilərəkdən Mixeil Saakaşvilinin səhhətinin pisləşməsinə və onun bu yolla azadlıq əldə etməsinə çalışırlar”–deyə ədliyyə naziri açıqlayıb.
Rati Breqadzenin bəyanatını Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.