Rati Breqadze - Esebuanın yaxalanması yalnız ədalətin bərpası deyil, həm də vəsvəsə düşdüş kriminal romantiklər üçün xəbərdarlıq siqnalıdır
Gürcüstan Ədliyyə naziri, Rati Breqadze Badri Esebuanın yaxalanmasına sosisal şəbəkədə əks səda verir. Rati Breqadze polis işçilərini çətin əməliyyatın uğurla başa çatdırılması münasibətilə təbrik edir.
“Çətin əməliyyatın uğurla başa çatdırılması münasibətilə Vaxtanq Qomelaurinin rəhbərliyi ilə bütün pilis işçilərini təbrik edirəm. Esebuanın yaxalanması yalnız ədalətin bərpası deyil, həm də vəsvəsə düşdüş kriminal romantiklər üçün xəbərdarlıq siqnalıdır”, – Breqadze yazır.
“Gürcüstan Bankının” Zuqdidi fialialına hücumda və girovların götürülməsində ittiham olunan Badri Esebuanı Zuqdididə, Cixaşkari kəndində yaxaladılar.
“Gürcüstan Bankının” Zuqdidi filialına hücum 2020-ci il 21 oktyabrda baş verdi. Daxili İşlər Nazirliyinin məlumatına görə, oğurluq hücumunu Badri Esebua həyata keçirdi. Hücumçu bir neçə saat ərzində 43 nəfəri girov saxlayırdı. İstintaqın məlumatına görə, hücum edən şəxs bankdan yarım milyon dollar apara bildi.
İş terror aktı, terror məqsədi ilə girov götürmə, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə qaldırıldı.