Rati Breqadze - Ədliyyə Evində həqiqətən dünyada analoqu olmayan holoqrafik hüquq tarixi muzeyi açacağıq
Ədliyyə naziri Rati Breqadze parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı holoqrafik hüquq muzeyinin açılışından danışıb.
“Tezliklə biz Ədliyyə Evində öz növbəsində unikal olan və istənilən ziyarətçiyə Gürcüstanda mövcud istənilən hüquqi abidə haqqında dolğun məlumat almaq imkanı verəcək holoqrafik hüquq tarixi muzeyini açacağıq . Həmçinin, dünyanın hüquq tarixi ilə tanış olmaq imkanı olacaq. Bu, həqiqətən də hüquq baxımından dünyada analoqu olmayan unikal muzey olacaq” – deyə Rati Breqadze bildirib.
Rati Breqadzenin çıxışının mətnini Ədliyyə Nazirliyi yayır.