Rati Breqadze Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri ilə görüşüb
Ədliyyə naziri Rati Breqadze Almaniya Federativ Respublikasının Bundestaqının Hüquq Məsələləri Komitəsinin sədri və komitə üzvləri ilə görüşüb.
Nazir görüşdə Gürcüstan üçün Avropa İttifaqına namizəd ölkə kimi avropalı həmkarları ilə sıx sektor əməkdaşlığının dərinləşdirilməsinin xüsusilə vacib olduğunu qeyd edib.
Ədliyyə Nazirliyi ölkənin Aİ -yə namizəd statusunu əldə etməsi üçün Avropa İttifaqının 12 bəndlik planından iki bəndin – mütəşəkkil cinayətkarlıqla mübarizə (6-cı bənd) və Strasburq qərarlarından fəal istifadə (11-ci bənd) həyata keçirilməsində mühüm rol oynayıb.
Rati Breqadzenin görüşdə bildirdiyi kimi, Aİ-nin genişlənmə siyasəti çərçivəsində gürcü qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması prosesinin sürətləndirilməsi xüsusilə vacibdir.
Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.