Rati Breqadze - bizimlə Mixeil Saakaşvilinin istəkləri üst-üstə düşmür, məhbus Saakaşvilinin sağlam olması bizim arzumuzdır, onun bu istəyi yoxdur
Rati Breqadze - bizimlə Mixeil Saakaşvilinin istəkləri üst-üstə düşmür, məhbus Saakaşvilinin sağlam olması bizim arzumuzdır, onun bu istəyi yoxdur

 
Kiminsə Mixeil Saakaşvilinin səhhəti, eləcə də hüquqi statusu ilə bağlı sualı varsa, biz hər zaman onlara məlumat veririk – bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti haqqında danışarkən açıqlayıb.

“Bütün Gürcüstan və bütün dünya, bu məsələ ilə maraqlanan hamı onun özəl klinikada olduğunu bilir. Müalicəyə ehtiyacı varmı? – Dövlət ona imkan tanıyır, o, xəstəxanada həkimlərin daimi nəzarəti altındadır”-deyə Rati Breqadze açıqlayıb.

O, dövlətin və Mixeil Saakaşvilinin istəklərinin bir-biri ilə üst-üstə düşmədiyini bildirib.

“Ancaq əsas problem nədir – bizim və Mixeil Saakaşvilinin istəkləri bir-biri ilə üst-üstə düşmür. Məhbus Saakaşvilinin sağlam olması bizim arzumuzdır, onun bu istəyi yoxdur. O, sağlamlığına süni şəkildə zərər vuraraq cəzaçəkmə müəssisəsini tərk edə bilməsi üçün mümkün qədər pis olmaq istəyir” – deyə Rati Breqadze açıqlayıb.