Rati Breqadze – Biz vətəndaşlarımız üçün notariat xidmətlərinin coğrafi ərazisini böyütdük və yeni yerlər əlavə etdik

17:04, 17.12.2021

Ədliyyə naziri Rati Breqadze “Nazir saatı” formatında Gürcüstan parlamentində notariat xidmətləri sahəsi və notariusların sayının daim artması barədə danışıb.

Rati Breqadzenin sözlərinə görə, “Dövlətin hüquqi təhlükəsizliyi üçün fərdlər arasında hüquqi münasibətlərin və faktların yaradılması imkanının geniş şəkildə əlçatan olması xüsusilə vacibdir.

“Buna görə də biz vətəndaşlarımız üçün notariat xidmətlərinin coğrafi ərazisini böyütdük və yeni yerlər əlavə etdik” dedi Breqadze.

Nazirin sözlərinə görə, daha səkkiz inzibati vahiddə notariat xidmətləri göstərilib; 14 yeni notarius vəzifəyə təyin edilib; Həmçinin Acarıstan Notariat Palatasının nümayəndəliyi üçün yeni ofis açılıb.

Oxşar