Rati Breqadze - biz tibb işçilərinin tövsiyələrinə əsasən hərəkət edirik, müvafiq hesabat olanda Saakaşvili müvafiq quruma köçürüləcək
Məhkum Saakaşvili məhbusdur və biz indi olduğu kimi gələcəkdə də həkimlərin tövsiyələrinə əməl etməyə davam edəcəyik. Müvafiq hesabat olduqda Saakaşvili müvafiq cəzaçəkmə müəssisəsinə köçürüləcək – bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə Saakaşvili “Vivamed” klinikasında müalicəsini davam etdirir.
“İnsan sağlamlığından söhbət gedəndə biz həmişə tibb işçilərinin tövsiyələrinə uyğun hərəkət edirik. Bundan irəli gələrək, həkimlər onun artıq cəzaçəkmə müəssisəsinə köçürülə biləcəyini tövsiyə etsələr, köçürüləcək. O, hazırda “Vivamed” klinikasındadır və indiki mərhələdə onun nə başqa klinikaya, nə də cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün heç bir obyektiv şərt yoxdur. Buna görə də o, Vivamed klinikasında müalicəsini davam etdirir” – deyə Rati Breqadze bildirib.