Rati Breqadze - Biz seçki siyahılarının təkmilləşdirilməsi layihəsini fəal şəkildə həyata keçiririk, bugünkü siyahılar mümkün qədər dəqiqdir
Ədliyyə naziri Rati Breqadze parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı Ədliyyə Nazirliyinin seçki siyahılarının doldurulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Breqadzenin sözlərinə görə, bugünkü siyahılar mümkün qədər dəqiqdir.
“Ölümün məlumat bazalarında əks olunmasına gəlincə, bu, ailənin və ya aidiyyəti qurumun bildirişi əsasında həyata keçirilir və sözügedən məlumat bazaları hər gün yenilənir. Bundan əlavə, biz seçki siyahılarının təkmilləşdirilməsi layihəsini fəal şəkildə həyata keçiririk, 2013-cü ildən bu günə kimi 15 min nəfər seçici siyahılarından çıxarılıb və bugünkü siyahılar mümkün qədər dəqiqdir” – deyə ədliyyə naziri qeyd edib.
Rati Breqadzenin çıxışının mətnini Ədliyyə Nazirliyi yayıb.