Rati Breqadze bildirir ki, Levan Davitaşvili ilə Vladimir Putinin görüşü barədə yayılan məlumat şayiədir və həqiqətə uyğun deyil
Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin sözlərinə əsasən, iqtisadiyyat naziri Levan Davitaşvili ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Rati Breqadzeyə belə bir sual verildi: Çinə səfəri zamanı Levan Davitaşvili ilə Vladimir Putin arasında görüşün baş tutduğu barədə məlumat yayılır və bu nə dərəcədə məqbuldur? Ədliyyə naziri qeyd edib: “Sizin dediyiniz kimi Vladimir Putinlə hansısa görüşdə Levan Davitaşvilinin iştirakı şayiədir, bu, doğru deyil”.
Davitaşvili və Putinin birlikdə şam yeməyinin nə dərəcədə məqbul olması və belə bir vəziyyətdə onun özü necə davranardı deyə ünvanlanmış suala Breqadze belə cavab verib: “Mən istənilən beynəlxalq forumda özümü etiketə uyğun aparardım”.