Rati Breqadze Otar Partsxaladzenin vətəndaşlığına xitam verilməsi üçün bütün prosedurların həyata keçirildiyini bildirir
Rati Breqadze Otar Partsxaladzenin vətəndaşlığına xitam verilməsi üçün bütün prosedurların həyata keçirildiyini bildirir

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Otar Partsxaladzenin vətəndaşlığına xitam verilməsi üçün bütün prosedurların həyata keçirildiyini bildirir.

Otar Partsxaladzenin pasportunun ləğv edilib-edilməməsi və onun MSK-nın məlumat bazasında vətəndaş kimi axtarışa verilib-verilməməsi ilə bağlı suala Rati Breqadze belə cavab verib: “Mən sizə MSK-nın məlumatları haqqında deyə bilmərəm, hərçənd şəxsin vətəndaşlağına xitam verildikdən sonra Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləsi bütün zəruri prosedurların edildiyini təsdiq edə bilərəm”.

Gürcüstan Prezidenti oktyabrın 17-də Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığına xitam verib.