Rati Breqadze - Baş nazir əsas prioriteti, ölkənin sülh yolu ilə birləşdirilməsini aydın şəkildə ifadə etdi, bu, hamını birləşdirən və cəmiyyətimizin qayğısına qalmalı olduğu əsas məsələ olmalıdır
Rati Breqadze - Baş nazir əsas prioriteti, ölkənin sülh yolu ilə birləşdirilməsini aydın şəkildə ifadə etdi, bu, hamını birləşdirən və cəmiyyətimizin qayğısına qalmalı olduğu əsas məsələ olmalıdır

 

Baş nazir illik hesabatı təqdim edərkən Gürcüstanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən ətraflı danışdı, mövcud problemlərdən bəhs etdi və onların həlli yolları ilə ictimaiyyəti tanış etdi – bu barədə ədliyyə naziri Rati Breqadze sosial şəbəkədə yazır.

“Ötən il xalqımızın sülh uğrunda mübarizəsinin , ədalətsiz müharibədə ukraynalılara dəstəyin, Gürcüstanda iqtisadi inkişaf tempinin artmasının, Avropaya inteqrasiya prosesinin sürətləndirilməsinin, dövlətimizin rifahına fokuslanmış böyük geosiyasi əhəmiyyət kəsb edən yeni layihələrin başladılmasının, insan hüquqlarına qayğı və Gürcüstanın milli maraqlarının beynəlxalq məhkəmələrdə qələbə tarixidir.

Bütün bunlara hökumət, cənab İrakli Ğaribaşvilinin rəhbərliyi altında, parlamentin, bütün digər dövlət strukturlarının və beynəlxalq tərəfdaşların birgə səyləri ilə nail olub”- deyə Rati Breqadze yazır.

Bundan əlavə, Rati Breqadzenin qiymətləndirməsinə görə, “baş nazir Abxaziya və Samaçablo istiqamətində misli görünməmiş konkret təşəbbüs elan edib”.

“Düşünürəm ki, işğal olunmuş ərazilərimizdə yaşayan insanlar belə bir təklif üzərində ciddi düşünəcək və aydın şəkildə görəcəklər ki, güc birlikdə, inkişaf isə sülhdədir.

Cənab Ğaribaşvili bütün gürcülərin arzusu olan əsas prioriteti – ölkənin sülh yolu ilə birləşdirilməsini aydın şəkildə ifadə etdi, bu, hamını birləşdirən və cəmiyyətimizin qayğısına qalmalı olduğu əsas məsələ olmalıdır.

Mən öz növbəmdə cənab Baş nazirə layiqli liderliyə görə təşəkkür etmək istəyirəm!”- deyə ədliyyə naziri açıqlayıb.