Rati Breqadze Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə cari islahatları müzakirə edib
Rati Breqadze Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin üzvləri ilə cari islahatları müzakirə edib

 

Gürcüstanın ədliyyə naziri Rati Breqadze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin üzvləri ilə görüşüb. Görüşdə ədliyyə naziri nazirlik çərçivəsində cari islahatları müzakirə edib, qanunun aliliyi və insan hüquqlarının təşviqi istiqamətində PACE-in Monitorinq Komitəsi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Gürcüstanın Avropa İnsan Haqları Məhkəməsində qazandığı qələbələrə və Gürcüstana qarşı şikayətlərin kəskin azalmasına toxunulub. Belə ki, on il əvvəl Strasburq Məhkəməsində Gürcüstana qarşı 3000-ə yaxın, bu il isə cəmi 147 işə baxılıb ki, bu da Gürcüstan hökumətinin həyata keçirdiyi islahatların və vətəndaşların daxili məhkəmələrə inamının güclənməsinin ifadəsidir.

Görüşdə qeyd olunub ki, Strasburq məhkəməsinin qərarlarının milli səviyyədə icrasının gücləndirilməsi məqsədilə ötən il qanunvericilik dəyişiklikləri həyata keçirilib ki, bu da Gürcüstan hakimiyyəti tərəfindən Avropa İttifaqının 12 bəndindən yerinə yetirilmiş tövsiyələrdən biridir.

Nazir qurumun insan hüquqlarının gücləndirilməsi istiqamətində işləməyə davam etdiyini bildirib. Bunun üçün yeni penitensiar məcəllə və strategiya hazırlanıb, məhkumlar üçün resosializasiya-reabilitasiya proqramları aktiv şəkildə davam etdirilir, məhkumlar üçün rəqəmsal universitet yaradılıb, məşğulluq imkanları genişləndirilib, idmanın idarə olunması strategiyası hazırlanıb, həbsxana sıxlığı problemini həll etmək üçün yazın sonunda Laituridə yeni həbsxana açılacaq.

Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.