Rati Breqadze - Aİ-yə inteqrasiya yolunda avropalı həmkarlarla sıx sektoral əməkdaşlıq bizim üçün son dərəcə mühümdür
Rati Breqadze - Aİ-yə inteqrasiya yolunda avropalı həmkarlarla sıx sektoral əməkdaşlıq bizim üçün son dərəcə mühümdür

 

Çexiyada davam edən ministerial çərçivəsində Gürcüstanın ədliyyə naziri Rati Breqadze Avropa İttifaqına üzv ölkələrin ədliyyə nazirləri ilə ikitərəfli görüşlərə davam edir. Gürcüstanın ədliyyə naziri yunan həmkarı ilə də görüşüb. Ədliyyə Nazirliyinin verdiyi məlumatda, Rati Breqadzenin Kostas Tsiaris ilə beynəlxalq əlaqələrin əhəmiyyətindən danışdığı, Gürcüstan və Yunanıstanın Ədliyyə nazirlikləri arasında sektoral əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu dilə gətirdiyi deyilir. Tərəflər əlaqələrin davam etdirilməsinin mümkün istiqamətləri barədə danışıblar. Gürcüstanın ədliyyə naziri yunan həmkarına Gürcüstan və Yunanıstanın Ədliyyə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalamağı təklif edib.

” Memorandumun əməkdaşlığımızın daha da möhkəmləndirilməsi üçün əla platforma yaradacağına və yeni təşəbbüslər üçün qapılar açacağına əminəm” – deyə Rati Breqadze bildirib.

Ədliyyə Nazirliyində, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin Gürcüstan Ədliyyə Nazirliyinin 10 illik strategiyasının prioritet istiqaməti olduğu deyilir. 2021-ci ildə strategiyanın qüvvəyə mindiyi gündən indiyədək Türkiyə, İsrail, Macarıstan, Ermənistan, Azərbaycan, İsveçrə və İndoneziyanın ədliyyə nazirlikləri ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar artıq imzalanıb.