Rasa Yukneviçene - Gürcüstan həmişə məndən dəstək alıb, lakin ölkə avropalı olmağın nə demək olduğunu da dərk etməlidir, xüsusən də hökumət
Gürcüstan həmişə dəstək olub, məndən dəstək alacaq, lakin problem burasındadır ki, ölkə də avropalı olmağın nə demək olduğunu başa düşməlidir, xüsusən də hökumət”, – Avropa Parlamentinin üzvü Rasa Yukneviçene gürcü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Aİ-yə namizəd olan hər bir ölkə fərdi olaraq qiymətləndiriləcək. Rasa Yukneviçenin dediyi kimi, bu proses bir gündə bitməyəcək.
“600-dən çox Avropa Parlamentinin deputatı qətnaməni dəstəkləyib və bəyan edib ki, Avropa Şurası Ukraynanın və təbii ki, digər ölkələrin Aİ üzvlüyünə namizədliyi ilə bağlı müzakirələrə başlamalıdır. Təbii ki, Gürcüstanın hər zaman dəstəyi var, məndən dəstəyi olacaq, amma problem ondadır ki, ölkə də avropalı olmağın nə demək olduğunu başa düşməlidir, xüsusən də hökumət. Mən gürcü xalqına şübhə etmirəm, amma indiki rəhbərliklə bağlı şübhələrim var. Onların hərəkətləri heç də həmişə avropalı olmur. Əlbəttə, mən Gürcüstanı dəstəkləyəcəm, lakin digər tərəfdən bu, sabah bitməyəcək bir prosesdir və bu, hər bir ölkəyə fərdi şəkildə qiymət veriləcəyi deməkdir”, – deyə Rasa Yukneviçen bildirib.