Raça-Leçxumi və Kvemo Svaneti polisi odlu silah aşkar edib, bir nəfər həbs edilib
Daxili İşlər Nazirliyinin Raça-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin Lentexi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq fəaliyyətləri nəticəsində keçmişdə qaçaqçılıqla bağlı ittiham olunmuş 1976 il təvəllüdlü Q.Ç. qanunsuz odlu silah əldə etmək və saxlamaqda ittiham edilərək həbs edilib.
Cinayət 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin evinə baxış nəticəsində sübut olaraq avtomat odlu silah aşkar ediblər.
Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə qanunsuz olaraq odlu silah əldə etmə və saxlama faktı ilə bağlı araşdırma aparılır.
Müəllif -
Mehemmed Bayramaliyev