"Rainears" Gürcüstandan birbaşa avia-reyslərə noyabrdan başlayacaq, Tbilisidən Milana biletin qiyməti 19.99 avrodan başlayır
"Rainears" Gürcüstandan birbaşa avia-reyslərə noyabrdan başlayacaq, Tbilisidən Milana biletin qiyməti 19.99 avrodan başlayır

“Rainears” aviaşirkətinin rəsmi veb-səhifəsində Tbilisi və Kutaisidən həyata keçiriləcək avia-reyslərin  cədvəli artıq yerləşdirilib.

Kutaisidən həyata keçiriləcək uçuşlarda istiqamət olaraq, İtaliyanın Boloniya və Fransanın Marsel şəhərləri göstərilir. Tbilisidən isə, İtaliyanın Milan və Fransanın Berqamo hava limanı göstərilir.

Tbilisi-Milan avia-reysinin qiyməti 19.99 avrodan başlayır.

Gürcü tərəfi və İrlandiyanın az büdcəli avia-şirkəti “Rainears” arasında bugün əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, sənəd saat 14:00-da imzalanacaq.

Əməkdaşlıq müqaviləsini İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Gürcüstan Hava Limanları Birliyinin” direktoru Giorgi Çoqovadze və “Rainearın” (Ryanair) komersiyal direktoru Devid O’Braien imzalayacaqlar.

Tədbirdə İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava da iştirak edəcək.