"Rainearda" bəyan edirlər ki, uçuşların cədvəli dəyişdirilməyəcək
"Rainearda" bəyan edirlər ki, uçuşların cədvəli dəyişdirilməyəcək

“Raineardan” bizə təqdiqlədilər ki, uçuşların cədvəli dəyişdirilməyəcək, – bu barədə sosiyal şəbəkə “Facebook”-da  Gürcüstanın Hava Limanları Birliyinin baş direktoru Giorgi Çoqovadze, “Rainearın” cədvəlindəki dəyişikliklər haqqında yayılan məlumata cavab olaraq, yazır.

“Rainear” aviaşirkətinin veb-səhifəsindəki texniki problemlərə görə, müəyyən vaxt ərzində, Kutaisidən və Tbilisidən həyata keçirilən reyslər haqqında tam məlumat görünmürdü, ancaq hazırda problem həll olundu və aviaşirkət bizə təsdiqlədi ki, uçuşlar cədvəli olduğu kimi qalır” – yazır Çoqovadze.

İrlandiyanın az büdcəli aviaşirkəti olan “Rainear” gürcü aviabazarına yaxın günlərdə daxil oldu.

Aviaşirkət 2019-cu ilin noyabrın 6-dan Tbilisi və Kutaisi hava limanlarından Avropa istiqamətinə birbaşa reyslər həyata keçirəcək.